Müğənni Dua Lipa ötən bazar günü baş tutan toy mərasimindən fotolar paylaşıb.
OLAY yazır ki, müğənni şəxsi bloqunda dörd şəkil yayımlayıb və onlardan üçündə nişanlısı Kallum Törner ilə birlikdə poz verib.
Sənətçi paylaşımına heç bir şərh əlavə etməyib. O, yalnız tarixi qeyd edib və ağ ürək emojisi yerləşdirib.