Məşhur britaniyalı müğənni Dua Lipa və aktyor Kallum Terner bütün stereotipləri pozaraq istirahət üçün daha qeyri-adi məkana üstünlük veriblər.
OLAY yazır ki, ulduz cütlük Cənubi Afrikaya yollanıb. Məşhurlar safari səfərlərindən görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşıblar.
Müğənni bildirib ki, bu səfər onun həyatındakı ən möhtəşəm təcrübələrdən biri olub: “Heyvanları təbii yaşayış mühitində izləmək inanılmazdır, bunu sözlərlə ifadə etmək çətindir. Bu, həqiqətən unudulmaz idi”, – deyə Dua Lipa paylaşımında qeyd edib.
Qeyd edək ki, ötən il Dua Lipa nişanlandığını təsdiqləyib və hələlik nə onun, nə də Kallum Ternerin toy barədə düşünmədiyini bildirib. Aktyor evlilik təklifini 2025-ci ilin yanvarında edib.