Məşhur türk aktyor Gökhan Alkan ötən gün biznesmen dostu Mustafa Aksakallı ilə birlikdə Çeşmə-Alaçatıda obyektivlərə tuş gəlib.
OLAY yazır ki, ikili Ayayorgi körfəzində yerləşən “Yuzu Beach”ə gedərək estakadada uzun-uzun söhbət edib.
Gökhan Alkan və Mustafa Aksakallı daha sonra restorana keçərək birlikdə nahar ediblər.