Devid Bekhem son illərdə bağçılıq və fermerliklə ciddi şəkildə maraqlanmağa başlayıb və indi zəhmətinin nəticələrini qürurla izləyiciləri ilə bölüşür.
OLAY yazır ki, bu dəfə futbolçu öz sahəsində yetişdirdiyi qeyri-adi tərəvəzi nümayiş etdirib.
Diqqət mərkəzində uzun və qəribə şəkildə əyilmiş bir balqabaq olub. Bekhem məhsulu videoya çəkib, həyat yoldaşı Viktoriya isə təəccüblə onun əlində nə tutduğunu soruşub.