Müğənni Lana Del Rey “Interview” jurnalının yeni sayının siması olub. 

OLAY yazır ki, müvafiq şəkillər sosial şəbəkələrdə yayılıb. O, dekolteli ağ gəlinlik paltarında və fatada pozalar verib. Fotonu Nadia Lee Cohen çəkib. Şəkil köhnə avtomobilin fonunda lentə alınıb.

Dekolteli ağ gəlinlikdə pozalar verdiSənətçi ilə müsahibəni həmkarı Billi Ayliş edib.

Ayliş “Siz həqiqətən hamı üçün yol açdınız. İlk başladığınız vaxtdan hamı sizin kimi görünməyə və oxumağa çalışır. Siz musiqi sənayesinin musiqi eşitmə və baxış tərzini dəyişdiniz”,- deyə qeyd edib. 

Dekolteli ağ gəlinlikdə pozalar verdiQeyd edək ki, Lana Del Rey yeni albomunu 10 mart 2023-cü ildə təqdim edəcək. Müğənninin əvvəlki “Blue Banisters” albomu ötən ilin oktyabrında işıq üzü görüb. O, həmin mahnılarında COVID-19 pandemiyasının səbəb olduğu Los-Ancelesin qapadılması və qaradərililərin həyatını dəstəkləyən etirazları xatırladır.

Dekolteli ağ gəlinlikdə pozalar verdi Dekolteli ağ gəlinlikdə pozalar verdi