Aktyorlar Bred Pitt və Ancelina Colinin əkiz övladları birlikdə görüntülənib.
OLAY yazır ki, cütlüyün kiçik qızı, 18 yaşlı Vivyen Los-Ancelesdə təşkil olunan küçə incəsənət yarmarkasında ekiz qardaşı Noksun dəstəyi ilə öz əl işlərini satarkən diqqət mərkəzinə düşüb.
“Lalə tarlaları” adlı piştaxta açan Vivyen özü alıcılarla ünsiyyət qurub, satışla məşğul olub. Onun piştaxtasında qiyməti 10-25 dollar arasında dəyişən müəllif qrafikaları, bayram təbrik kartları və stikerlər təqdim olunub.
Paparatsiyaların xüsusi diqqətini isə tez-tez atasının gəncliyinə bənzədilən Noks cəlb edib. O, bütün günü bacısının yanında olaraq piştaxtanın bəzədilməsinə, rəsmlərin düzülməsinə və ziyarətçilərlə ünsiyyətə kömək edib. Sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayan başqa bir məqam isə Noksun bacısına dəstək olaraq onun brendinin adına uyğun al-əlvan çiçək naxışlı cins şalvar geyinməsi olub.