56 yaşlı Cennifer Lopez makiyajsız görüntülərini paylaşaraq pərəstişkarlarını təəccübləndirib.
OLAY yazır ki, müğənni səhər dəriyə qulluq rutinini nümayiş etdirib.
“İstədiyimiz hər şeyi, istər arzuladığımız işi, istərsə də gözəl dərini özümüz yaradırıq. Buna isə davamlılıq sayəsində nail oluruq. Həyatda istədiyimiz hər şeyi yaratmaq gücünə sahib olduğumuzu anladıqda, gündəlik rutin maraqlı olur, çünki zamanla nəticəni görəcəyinizi bilirsiniz” deyə o paylaşımında bildirib.