Reper Kanye Uest və Bianka Senzorinin ictimaiyyət qarşısına çıxışları artıq çoxdan özünəməxsus performansa çevrilib.
OLAY yazır ki, bu dəfə isə müzakirələrə səbəb, ilk baxışdan adi görünən gəzinti olub. Paparatsiyalar cütlüyü Los-Ancelesdə avtomobil dayanacağında görüntüləyiblər.
Kadrlarda Kanye hər zamankı rahat üslubuna sadiq qalaraq bol qara geyimdə görüntülənib. Bianka isə bədən rəngində top və tayt, həmçinin hündür qəhvəyi çəkmələrdən ibarət kombin seçib.