Bir vaxtlar evli olan Monika Belluççi və Vinsent Kassel cütlüyünün kiçik qızı Deva Kassel “Madame Figaro” jurnalının yeni üz qabığını bəzəyib.
OLAY yazır ki, 16 yaşlı model bir qədər cəsarətli obrazda kamera qarşısına keçib. Fotolar jurnalın saytında yayımlanıb.
Fotosessiya üçün stilistlər Deva üçün məşhur moda evlərinin geyimlərini seçiblər. Kadrlarda o, “Miu Miu”dan dəst paltar geyinib. Bundan əlavə, məşhur aktyorların qızı “Saint Laurent”dən dəri gödəkçə və “Givenchy”dən libasla poz verib.