“We Found Love” hitinin ifaçısı olan 38 yaşlı müğənni Rihanna restoran çıxışında görüntülənib.
OLAY yazır ki, müğənni həyat yoldaşı Eysəp Rokki ilə Nyu-Yorkda yerləşən fransız bistrosuna gedib.
Rihanna bu dəfə rahat və gündəlik tərzə üstünlük verib. O, “Chloé” brendinin narıncı idman dəstini, qayışlı sandaletləri və qırmızı linzalı aviator gün eynəklərini seçib.