Paparatsiyalar 51 yaşlı aktrisa Ancelina Colini Uest Hollivud şəhərində yerləşən butikdən çıxarkən görüntüləyiblər.

OLAY yazır ki, aktrisa yenidən parlaq sarı saç rənginə qayıdıb. Saçlarının uclarında isti sarı tonlar, diblərində isə daha tünd çalarlar diqqət çəkir.

Butikə səfəri zamanı Ancelina Coli rahat, lakin zərif geyim tərzinə üstünlük verib. O, qara rəngli sviter, klassik ütülü palazzo şalvar və sadə dəri botilyonlar seçib.

Görünüşünü isə qızılı linzalı iri aviator gün eynəkləri ilə tamamlayıb. Bu kombinasiya həm gündəlik rahatlığı, həm də klassik eleqantlığı özündə birləşdirib.

Ancelina praym dövrünə qayıdır Ancelina praym dövrünə qayıdır