Hazırda yeni albomu “Confessions II”ni fəal şəkildə tanıdan pop ulduzu Madonna “KIKO Milano” markasının Nyu-Yorkda keçirilən tədbirində iştirak edib.
OLAY yazır ki, müğənninin gecədə görünməsi təsadüfi olmayıb. Belə ki, o, tədbirdən bir gün əvvəl brendin yeni qlobal səfiri elan olunub.
67 yaşlı müğənni tədbirdə tanınmış vizajist Marselo Qutierrez ilə birlikdə fotoqraflara poz verib. Madonna açıq bənövşəyi rəngli, korsetlə tamamlanan ipək libas seçib.
Onun obrazını xəz örtük, eyni rəngdə əlcəklər, tor corablar və parıltılı hündürdaban ayaqqabılar tamamlayıb. Müğənninin zərif və cəsarətli görünüşü tədbirin diqqət çəkən məqamlarından biri olub.