61 yaşlı supermodel Paulina Porizkova doğum günü münasibətilə bikinidə bədənini nümayiş etdirib.
OLAY yazır ki, illərə meydan oxuyan sənətçi sosial media hesabında bu sözləri yazıb:
"Bu yeni bikinimi geyinirəm və özümü qəbul etmək üçün keçdiyim uzun yolu xatırlayıram. Bilirəm, bu çılğın səslənə bilər, amma 40 il əvvəl, 21 yaşımda supermodel kimi şöhrətimin zirvəsindəykən, digər qızlarla davamlı müqayisə edilərək, özünə inamsızlıq hiss edirdim. Həmişə kifayət qədər yaxşı olmadığımı düşünürdüm. Və budur, bu gün, bu bikinimi geyinirəm və özümlə fəxr edirəm. Mən yalnız bu bikinidə ən yaxşı görünmək üçün deyil, 61 yaşımda ən yaxşı görünmək üçün çalışdım".