Türkiyənin FOX kanalında yayımlanan məşhur “Yasak Elma” serialının yeni mövsümünün ilk tizeri yayımlanıb.

OLAY yazır ki, sözügedən tizeri layihənin baş rol aktrisası Eda Ece instaqramda paylaşıb.

Edanın paylaşımına qısa zamanda 2 milyondan çox baxış gəlib.

Serial yaxın günlərdə yeni hadisələrlə izləyicilər qarşısına çıxmağa hazırlaşır.