“Xadimənin sirri” filminin çəkilişlərinə rəsmi olaraq başlanılıb.
OLAY yazır ki, aktyorlar Sidni Suini və Mikele Morrone Nyu-Cersi ştatının Hoboken şəhərində 2025-ci ildə ekranlara çıxan və böyük maraq doğuran “Xadimə” trillerinin davamı üçün səhnələr çəkiblər.
Çəkiliş zamanı 36 yaşlı Mikele Morrone 29 yaşlı Sidni Suiniyə alnından zərif öpüş verib. Aktyorlar həmin vaxt filmin səmimi və romantik səhnələrindən birini lentə alırdılar.