Kris Prattın baş rolda olduğu “Super Mario” filminin yayım tarixi açıqlanıb. 

OLAY yazır ki, “The Super Mario Bros Movie” adı ilə ekran işi gələn il aprelin 7-də kinoteatrlarda təqdim olunacaq. 

Qeyd edək ki, layihənin rejissorları əvvəllər “Teen Titans Go!” çizgi serialı üzərində işləmiş Maykl Jelenik və Aaron Horvatdır.

Rolları Chris Pratt, Anya Taylor-Joy, Charlie Day, Jack Black və Set Rogen ifa edib.