76 yaşlı aktyor Riçard Gir 28 yaşlı aktrisa ilə ekran tərəfdaşlığına görə müzakirələrin mərkəzinə düşüb.
OLAY yazır ki, Hollivud aktyoru “Asimmetriya” adlı yeni filmdə rol alır və onun ekran tərəfdaşı Diana Silversdir. Aktyorlar arasındakı 48 illik yaş fərqi artıq sosial şəbəkələrdə mübahisələrə səbəb olub.
Qeyd edək ki, filmin süjetinə görə aktyor məşhur yazıçı Ezra obrazını canlandırır, Silvers isə onun gənc ədəbi assistenti Elis rolundadır. Obrazlar arasında gizli münasibət başlayır.