Türk istehsalı “Teşkilat” serialında gözlənilməz hadisə baş verib.
OLAY yazır ki, 7-ci mövsüm öncəsi iddialı transferlərlə gündəmə gələn məşhur serialın heyətinə qatılan Serhat Kılıç çəkiliş meydançasına çıxmadan layihədən ayrılıb.
Təcrübəli aktyor bu gün başlaması planlaşdırılan çəkilişlərə səhhətində yaranan problem səbəbindən qatıla bilməyib. Aparılan müayinələr nəticəsində Serhat Kılıça boyun yırtığı diaqnozu qoyulub.
Həkimi aktyora bir müddət hərəkətli səhnələrdə rol almağı qadağan edib.