Serdar Gözelekli’nin rejissorluğunu edəcəyi, adı “Narsist” olan serialın baş rol aktyorlarından birinin də kimliyi məlum olub.
OLAY yazır ki, aktrisa Pelin Akil ssenarisini Aslı Zengin və Banu Zengin Takın yazdığı 10 bölümlük layihə ilə razılığa gəlib.
Pelin Akil serialda “Işıl” obrazını canlandıracaq. O, inşaat mühəndisi “Uygar”ın (Tolgahan Sayışman) həyat yoldaşı və “Melisa” adlı qızının anası kimi tamaşaçı qarşısına çıxacaq.