39 yaşlı Kit Harinqton və 30 yaşlı Sofi Törner illər sonra yenidən eyni layihədə bir araya gəliblər.
OLAY yazır ki, aktyorlar bu dəfə “The Dreadful” filmində birlikdə kamera qarşısına keçiblər.
2018-ci ildən bəri Rouz Lesli ilə evli olan və iki uşaq atası olan Kit Harinqton bildirib ki, "The Dreadful" filmində Sofi Törnerlə çəkildiyi bəzi səhnələr onu narahat edib.
Harinqton qorxu filmində Törnerlə rol aldığı ehtiraslı səhnələri “iyrənc və qəribə” adlandırıb. Aktyorun sözlərinə görə, uzun illər əvvəl birlikdə çalışdığı və özünə yaxın hesab etdiyi bir həmkarı ilə belə səhnələrdə oynamaq onun üçün qeyri-adi təcrübə olub.
Qeyd edək ki, Harinqton və Törner daha əvvəl məşhur “Game of Thrones” serialında bacı-qardaş olan Con Snou və Sansa Stark obrazlarını canlandırıblar.