“Mia Yapım” imzalı “Sevdam Karadeniz” serialı “NOW” kanalının maraqla gözlənilən yeni layihələrindən biri kimi diqqət çəkir.
OLAY yazır ki, təcrübəli aktrisa Sema Keçik “Yeniceli” ailəsinin nənəsi “Nafiye” obrazını canlandıracaq. O, serialda Şerif Erolun canlandırdığı “Durali Yeniceli”nin həyat yoldaşı kimi tamaşaçı qarşısına çıxacaq.
Merve Ateş isə “Bahar” obrazına həyat verəcək. O, “Nafiye nənə”nin nəvəsi və “Zeyşan”ın bacısı kimi layihədə yer alacaq.