Xəzər TV-nin maraqlı izlənən “Ata ocağı” serialı 5-ci sezonun finalına hazırlaşır.

OLAY-ın əldə etdiyi məlumata görə, ekran işindən bu mövsüm xeyli sayda aktyor ayrılacaq.

Belə ki, baş rolları canlandıran Əməkdar artist Mehriban Xanlarova və aktrisa Aydan Ağazadə 6-cı mövsümdə olmayacaq.

Onlar “Ata ocağı”ndan getdi

Onlar “Ata ocağı”ndan getdi

Həmçinin, Türkay Cəfərli, Sanura Cəfərova, Şəms Allahverdiyeva və Kənan Yusifovun obrazlarının bu sezon ekran həyatı bitir.

Onlar “Ata ocağı”ndan getdi

Onlar “Ata ocağı”ndan getdi

Onlar “Ata ocağı”ndan getdi

Serialdan ayrılanlar sırasında gənc aktyorlar Yasin Həzirə və Cavidan Kəsəmənli də var.

Onlar “Ata ocağı”ndan getdi

Onlar “Ata ocağı”ndan getdi

Qeyd edək ki, bir müddət öncə Corc Qafarovla, Fəridə Şahbazova da “Ata ocağı”ndan getmişdi.

Onlar “Ata ocağı”ndan getdi

Onu da bildirək ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanır. Həftəiçi 5 gün efirə gedən serialda baş rolları Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov canlandırır.

Onlar “Ata ocağı”ndan getdi

Layihədə Əməkdar artist Rəşad Bəxtiyarov, aktyorlar Mənsurə Əhmədova, Ləman Mərrih, Natavan Abbasova və başqaları da rol alır.

Serialın öncəki sezonlarında Əməkdar artistlər Sənubər İsgəndərli, Elnur Kərimov, Rasim Cəfər, Ayşad Məmmədov da çəkilib. Ekran işinin rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Valeh Əhmədovdur.

Onlar “Ata ocağı”ndan getdi Onlar “Ata ocağı”ndan getdi Onlar “Ata ocağı”ndan getdi Onlar “Ata ocağı”ndan getdi Onlar “Ata ocağı”ndan getdi