Son olaraq “Ben Bu Cihana Sığmazam” serialı ilə tamaşaçı qarşısına çıxan türk aktyor Oktay Kaynarcanın yeni layihəsi bəlli olub.

OLAY yazır ki, Kaynarcanın həm prodüserliyini, həm də baş rolunu üstlənəcəyi yeni layihənin adı “Hamal”dır.

“ATV” üçün çəkiləcək serialı Mustafa Şevki Doğan idarə edəcək. Ssenarini isə Kerem Deren, Çisil Hazal Tenim və Bilge Kurban yazır. Serial üçün aktyor seçmələrinə başlanılıb.

Oktay Kaynarcanın yeni layihəsi…