Aktrisa Helen Mirren eksklüziv olaraq BAFTA Mükafatları üçün çəkilmiş videoda mərhum Britaniya kraliçası II Elizabeti canlandıracaq. 

OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Kraliça haqqında təqdimatı izləyənlər arasında həyat yoldaşı Keyt Middltonun müşayiəti ilə onun nəvəsi Şahzadə Uilyam da olacaq.

Mükafat gecəsində Kraliçanı canlandıracaq“Kraliçanın BAFTA tarixində unikal yeri var, 60 il davam edən yaxın münasibət. Kraliça müxtəlif yollarla Britaniya yaradıcı sənayesini həmişə dəstəkləyib”, - deyə mükafatın təşkilatçıları bildiriblər.

Helen Mirren Peter Morqanın "Kraliça" (2006) bioqrafik filmində Kraliça II Yelizaveta roluna görə Oskar və BAFTA heykəlciyi qazanıb.

Mükafat gecəsində Kraliçanı canlandıracaq Mükafat gecəsində Kraliçanı canlandıracaq