Türkiyənin ən məşhur cütlüklərindən olan Burak Özçivit və Fahriye Evcen uzun müddətdən sonra ekranlara qayıdır.
OLAY yazır ki, iki ayrı serialda baş rolda çəkilməyə hazırlaşan cütlüyün hər bölüm üçün alacağı qonorar da bəlli olub.
Televiziya kulislərində yayılan iddialara görə, Burak Özçivit “Güneşin Doğduğu Yer” serialından bölüm başına 4,5 milyon TL( 160 min manat ) qonorar alacaq.
Fahriye Evcen isə Oktay Kaynarca ilə baş rolu paylaşacağı “Hamal” serialından bölüm başına 2,5 milyon TL( 90 min manat ) qazanacaq.