Madonna uzun müddətdir gözlənilən bioqrafik filminin niyə hələ də ərsəyə gəlmədiyi barədə açıqlama verib.
OLAY yazır ki, 67 yaşlı sənətçi yeni müsahibəsində filmin büdcəsi ilə bağlı “Universal Pictures” studiyası ilə fikir ayrılığı yaşadığını bildirib.
“”Universal” ilə büdcə məsələsində razılığa gələ bilmədik, çünki mən qeyri-adi bir həyat yaşamışam. Çox böyük və zəngin bir həyatım olub, buna görə də böyük büdcəyə ehtiyac var idi. Onlar bunu heç cür anlaya bilmədilər. Mən bunun daha ucuz başa gəlməsi üçün Serbiyada çəkilməsinin yolunu tapmışdım, amma deyəsən bu fikrə isti yanaşmadılar. Bilmirəm, bəlkə də mənə inanmadılar.”