Türk istehsalı “Kızılcık Şerbeti” serialı maraqlı rekorda imza atıb.

OLAY yazır ki, Türkiyə televiziya tarixinin ən uğurlu göstəricilərindən birinə imza atan serial beş qitədə, 100-dən çox ölkədə yayımlanaraq və 20-dən çox dilə tərcümə edilərək fərqli mədəniyyətlərdən və dillərdən olan milyonlarla tamaşaçını eyni həyəcan ətrafında birləşdirməyi bacarıb.