Türkiyənin Milli Mübarizə illərinə damğa vuran ən mühüm qadın qəhrəmanlarından olan “Kara Fatma”nın həyatından bəhs edən “Mahi” filminin çəkilişləri başa çatır.
OLAY yazır ki, Aslı Tandoğanın “Kara Fatma”nı, Burak Hakkının isə Kara Fatmanın həyat yoldaşı “Mayor Əhməd”i canlandırdığı filmin heyətində Ahmet Kayakesen, Ali Oğuz Şenol və Koray Erkök də yer alır.
Qeyd edək ki, Aslı Tandoğan və Burak Hakkı vaxtilə yayımlandığı dövrdə böyük maraqla izlənilən “Dudaktan Kalbe” serialının da baş rollarında çıxış ediblər.