“Camdaki kız” serialındakı Cana obrazı üçün Hande Ataizidən əvvəl Defne Samyeli ilə danışıldığı ortaya çıxıb.

OLAY yazır ki, bu barədə D. Samyeli açıqlama verib. O bildirib ki, bu rolu düşünmədən rədd edib:

“Çünki serialı izləyəndə öz rol aldığım səhnələri bir saat gözləmək istəmədim”.

Qeyd edək ki, sözügedən ekran işinin baş rolu Burcu Biricikdi.