“Forbes” jurnalı Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hazırlanan “Səma qurbanları” filmi barədə məqalə yayımlayıb.
OLAY yazır ki, bu barədə Əməkdar artist Dilarə Əliyeva məlumat yayıb. O bildirib ki, süni intellektlə hazırlanan ekran işi “Forbes” daxil bir neçə xarici mətbuu orqanın diqqətini çəkib.
“Səma qurbanları” filmimiz ölkə sərhədlərini aşaraq “Forbes” də daxil olmaqla bir neçə nüfuzlu xarici mediada işıqlandırılıb. Bu, təkcə film üçün deyil, Azərbaycan kinosu üçün də önəmli bir uğurdur. Əməyi keçən hər kəsə təşəkkürlər — hekayəmizin dünyaya çatması qürurvericidir. Bu həm də mədəniyyətin gücünü göstərir”.
Qeyd edək ki, layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, filmin ssenari müəllifi Fariz Əliyev, süni intellektlə hazırlayan isə Sarvan Hüseyndir.
Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları - kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.