Türk istehsalı “Tuzlu Kahve” serialının bu axşam yeni bölümü tamaşaçılara təqdim edilib.

OLAY yazır ki, serialın Hatun obrazını canlandıran Binnur Kaya’nın ailəsinə motivasiya çıxışı etdiyi video məşhur futbol məşqçisi Fatih Terimin unudulmaz “Taktik-maktik yok, BAM BAM BAM!” ifadəsi ilə paylaşılıb.

Videoya Fatih Terimin yazdığı şərh isə diqqət çəkib. Serialda qonaq aktyor kimi iştirak edə biləcəyinə də işarə edən Terim belə yazıb:

“Təhlükəli zonada Aydınoğlu qardaşlarının adamının kim olduğu bəllidir… Bütün komandaya salamlar, ümid edirəm ki, tezliklə sizin bir fincan duzlu qəhvənizi içərik…”