Mərhum müğənni Maykl Ceksona həsr olunan “Michael” bioqrafik filmi liderliyini davam etdirir.

OLAY yazır ki, pop musiqisinin kralı Maykl Cekson haqqında olan film kassalarda birinci yerə yüksəlib və dünya üzrə gəlirləri artıq 700 milyon dolları keçərək tarixi rekorda yaxınlaşıb.

Kino tənqidçiləri və analitiklər əmindirlər ki, Maykl filminin kino tarixində ən çox gəlir gətirən bioqrafik film olmaq şansı çox yüksəkdir. Hazırda rekord “Oppenheimer” filminə məxsusdur. Film 975 milyon dollar gəlir əldə edib.

Bütün zamanların ən gəlirli bayopiki ola bilər!