“Bozdağ Film” şirkətinin “Star TV” üçün çəkəcəyi “Bir Hayat Hikayesi” serialı kanalını dəyişib.

OLAY yazır ki, “Bir Hayat Hikayesi” serialı, kulislərdən gələn son məlumatlara görə, tarixi dövr serialının büdcəsi səbəbindən “Star TV”dən “atv” kanalına keçib.

Uğurlu ssenarist cütlük Seda və Toprak Karaoğlunun qələmə aldığı və hadisələri 1971-ci ildən başlayan tarixi dövr serialının hazırlıqlarına ötən yay başlanılıb.