Türkiyənin tanınmış aktyoru İlyas Salman yeni layihəsi ilə bağlı açıqlama verib. 

OLAY yazır ki, sənətçi sevənlərinə səslənərək bu sözləri deyib:

“Xahiş edirəm bu filmdən sonra mənə nifrət etməyin”. 

Qeyd edək ki, Salman “Elif Ana” adlı filmdə rol alıb. Ekran işində 1903-cü ildə Kahramanmaraşda dünyaya gələn və insanlara xeyirsevərliyi öyrədən Elifin həyatından bəhs olunub.

“Bu filmdən sonra mənə nifrət etməyin”