Beşir Ayvazoğlunun eyniadlı romanından ilhamlanaraq ekranlaşdırılan türk istehsalı “Ateş Denizi” adlı yeni serialın çəkilişlərinə başlanılıb.
OLAY yazır ki, 6 həftə ərzində tamamlanması planlaşdırılan serialda Hazal Filiz Küçükköse iki fərqli obrazı canlandırır.
Feyza Rümeysa Küçükkürtül tərəfindən yazılan və 1930-cu illərlə müasir dövr arasında keçən hekayədə Küçükköse mükafatlı yazıçı Neva və onun xatirələri vasitəsilə keçmişdən günümüzə uzanan qohumu Devran obrazlarına həyat verir.