Beren Saat Kıvanç Tatlıtuğla illər sonra çəkildiyi film barədə danışıb.

OLAY yazır ki, məkanlardan birindən çıxarkən görüntülənən Beren “Nyu-Yorkda filmin çəkilişlərini bitirdik. Çox şirin bir filmdir. Mən çox əyləndim, uzun zamandır obrazımdan bu qədər zövq almamışdım... Çox əylənəcəksiniz”, - deyə, bildirib.

Qeyd edək ki, ekran işi “Netflix”də yayımlanacaq. İngilis dilindəki adı “Last call for İstanbul” olacaq. Filmdə Kıvanç Mehmet, Beren isə Serin obrazını canlandıracaq.

Beren Kıvançla filmindən danışdı Beren Kıvançla filmindən danışdı