Bekhemlərin 23 yaşlı oğlu Romeo Bekhem “Hesab 40:0” adlı idman dramında baş rol alıb.
OLAY yazır ki, filmin süjeti tennis dünyasında cərəyan edəcək.
Çəkilişlər yaxın zamanda Fransada başlayacaq. Bildirilir ki, Romeo Bekhem ilə birlikdə çəkiliş meydanında fransız kinematoqrafiyasının ikonası sayılan Ketrin Denyuv, tanınmış fransız aktyor və rejissor Quilam Canet və Avropa kinosunun yüksələn ulduzları Paul Kirçer və Benjamin Voisin da iştirak edəcəklər.