“Attirés malgré nous” (“İradəmizdən Kənar”) romantik trillerinin çəkiliş meydançasından yeni fotolar paylaşılıb.
OLAY yazır ki, fotolar ekran işinin çəkiliş meydançasındakı anları əks etdirir.
Filmin baş rollarında Ester Eksposito və Huqo Dieqo Qarsiya yer alırlar. Ester “Marfil Kortes”, Huqo isə onun mühafizəçisi “Sebastyan” Mur obrazını canlandırır.
Filmin süjetinə görə, varlı ispan iş adamının qızı Marfil Nyu-Yorkda yaşadığı müddətdə qaçırılır və sonradan müəmmalı şəkildə sərbəst buraxılır. Atası onun təhlükəsizliyini təmin etmək üçün Sebastyanı şəxsi mühafizəçi təyin edir. Birlikdə vaxt keçirməyə məcbur qalan ikili arasında əvvəlcə gərginlik, daha sonra isə qarşısıalınmaz romantik hisslər yaranır. Lakin onların münasibətini təhlükəli hadisələr və gizli sirlər çətinləşdirir.