Quillermo del Toro imzalı “Frankenstein” filmi 9 Oskar nominasiyasına namizədlik qazanıb.

OLAY yazır ki, bu nominasiyalar arasında Ceykob Elordi üçün ilk “Oskar” namizədliyi də yer alır.

Film “Ən yaxşı film”, “Ən yaxşı köməkçi aktyor”,  “Ən yaxşı adaptasiya olunmuş ssenari”, “Ən yaxşı operator işi”,  “Ən yaxşı orijinal musiqi”, “Ən yaxşı kostyum dizaynı”, “Ən yaxşı qrim və saç düzümü”, “Ən yaxşı bədii tərtibat” və “Ən yaxşı səs” nominasiyaları üzrə namizəddir.