Ötən həftə İranın paytaxtı Tehranda saxlanılan mükafatlı rejissor Cafer Penahi 2010-cu ildə 6 illik həbs cəzasının tamamını çəkməyə məhkum edilib.

OLAY yazır ki, Penahininin cəzası qüvvədə saxlanılıb. Bu barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Mesud Setayeşi məlumat verib.

6 il həbs cəzası verildiQeyd edək ki, iki aylıq həbsxanada qaldıqdan sonra azadlığa buraxılan C. Penahi 2010-cu ildə hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün saxlanılıb və sistem əleyhinə təbliğat apardığı iddiası ilə 6 il həbs cəzasına məhkum edilib. 

Penahiyə film çəkmək, ssenari yazmaq, ölkədən getmək qadağan edilib. 

Aytəkin Gülməmmədova

6 il həbs cəzası verildi