META (“Facebook”, “Instagram”) şirkəti 2026-cı ilin ilk rübü üzrə "Bədniyyətli Təhdidlər" (Adversarial Threat) hesabatını yayımlayıb.

OLAY yazır ki, sənəddə İranda yaradılan, koordinasiyalı şəkildə idarə olunan və birbaşa Azərbaycanı hədəf alan geniş profil şəbəkəsinin müəyyən olunduğu bildirilir.

Hesabatda qeyd olunur ki, "Koordinasiyalı Qeyri-Autentik Davranış" (CIB) siyasətini pozduqlarına görə platforma daxilində ciddi təmizləmə işləri aparılıb:

"Şirkətimizin qaydalarını pozan 367 Facebook hesabı, 3 səhifə və 360 Instagram hesabı bloklanıb. Bu şəbəkəyə məxsus səhifələri 4 000-ə yaxın, Instagram profillərini isə təxminən 34 000 istifadəçi izləyirdi. Şəbəkə daxilində reklamlar üçün təxminən 400 dollar vəsait xərclənib".

Məlumata görə, sözügedən şəbəkənin əsas fəaliyyət istiqaməti Azərbaycandakı siyasi sabitliyi sarsıtmaq, İranın regional maraqlarını təbliğ etmək və Qərbin regiondakı nüfuzuna xələl gətirmək olub.