2026-cı ilin qadın saç dəbində süni və sərt görünüşlər geridə qalır; stilistlər bu mövsüm tamamilə təbii teksturaya, sağlam parıltıya və minimal qulluq tələb edən "ağıllı" kəsimlərə üstünlük verirlər.

OLAY mövsümün hitinə çevrilən əsas saç modelləri və rəngləri təqdim edir:

Yumşaq Piksi (Soft Pixie): Keçmişin kəskin xətləri olan piksi kəsimi bu il daha axıcı və çoxqatlı forması ilə qayıdır. Üz cizgilərini vizual olaraq cavanlaşdıran bu model, yay və payız aylarında rahatlığı sevən qadınların ilk seçimidir.

Fransız və uzadılmış Bob: Çənə xəttində bitən dağınıq, təbii dalğalı bob kəsimləri modern və zərif görünüş axtaranlar üçün idealdır.

"Mən İndi Oyandım" Effekti: Uzun saçlarda mükəmməl hamarlıq əvəzinə, sərbəst, yüngül dalğalı və təbii tökülən tellər ön plandadır. Lak və sıx qıvrımlardan imtina edilir.

İsti və Zərif Rənglər: Soyuq küllü tonları kremli blond, kərə yağı sarısı, bal və karamel keçidləri əvəz edir.Qaraşınlar üçün isə kömürlü qara və dərin şokolad tonları trenddədir.

Bu il saçlarda əsas standart budur: "Nə qədər az səy, bir o qədər çox zəriflik". Saçınızı sadəcə fenlə qurudub çıxmaq bu mövsüm dəbin tam mərkəzində olmaq deməkdir.