2026-cı ilin ikinci rübünün ən populyar moda brendlərini açıqlanıb.

OLAY yazır ki, “Chanel” liderliyini qorumağa davam edir. Brendin “Coco Beach” və “Métiers d’Art 2026” kolleksiyaları böyük maraqla qarşılanarkən, “Chanel” eynəklərinə edilən axtarışlar əvvəlki rüblə müqayisədə 70% artıb.

first look at Chanel Coco Beach 2026 🏖️🐠 *see something you love? DM to shop now* 🔎: chanel, coco beach 26, new collection, matthieu blazy, luxury accessories, resort wear, cc swim, 26M,

“Miu Miu” isə iki pillə yüksələrək yenidən ilk 3-lüyə daxil olub. Xüsusilə toxunma çantaları və “Wimbledon” turnirində Koko Qaffın üzərində gördüyümüz “New Balance” əməkdaşlığı brendə olan marağı 30% artırıb.

Image may contain Coco Gauff Clothing Footwear Shoe Sneaker Coat Person Racket Sport Tennis and Tennis Racket

Bu rübün ən böyük sürprizi isə “Massimo Dutti” olub. Brend 8 pillə yüksələrək ilk 10-luğa daxil olub. Kann festivalındakı məşhur obrazlar və Aralıq dənizi estetikasından ilhamlanan yay kolleksiyaları sayəsində axtarışlar 43% artıb.

Massimo Dutti Refines Summer 2026 Leisure with La Playa

Diqqət çəkən digər ad isə “Phoebe Philo” olub. Brend axtarışların 29% artması nəticəsində ilk dəfə siyahıya daxil olmağı bacarıb. Bu rübdə məhsullar baxımından isə istehlakçılar konkret bir brenddən daha çox müəyyən yay estetikasına yönəliblər. “Jelly” ayaqqabılar, barmaq arası dabanlı sandaletlər, “shield” tipli gün eynəkləri və yüngül yay geyimləri mövsümün ən çox axtarılan məhsulları olub.


Flat front view of SLICED CRUISE SUNGLASSES in black acetate

  • Flat front view of PEAK SUNGLASSES in black acetate



İdmanın modaya təsiri də artmaqda davam edib. “New York Knicks” papaqlarına edilən axtarışlar 4 276% artıb, “Adidas × Willy Chavarria” əməkdaşlığı isə mövsümün ən çox müzakirə olunan məhsulları sırasında yer alıb.

Amazon.com: NBA New York Knicks The League 9Forty Adjustable Cap, Royal, One Size : Sports & Outdoors