Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez karyerasındakı uğurlardan başqa, stili ilə də diqqət mərkəzində olan simadır.

OLAY dünya ulduzunun qarderobunun əsas parçalarını bir araya gətirib.

Rəng keçidləri

Cennifer geyimlərində bir rəngin bir neçə tonundan uyğun keçidlərlə istifadə edir, beləliklə həm sadə, həm də gözəl görünüş əldə edir.

Cey Lonun moda qanunları!Parlaq geyimlər

İddialı bir görünüş əldə etmək üçün parlaq geyimlərə üstünlük verir. Üstəlik, bunu edərkən, heç vaxt dəbdən geri qalmış kimi görünmür.

Cey Lonun moda qanunları!Midi ətəklər

Hər mövsüm istifadə edilən midi ətəklər Lopezin də qarderobunun önəmli parçasıdır. Bədən proporsiyalarını yaxşı bilən dünya ulduzu midi ətəklər ilə möhtəşəm görünür.

Cey Lonun moda qanunları!Krop-toplar

Əsasən, yay aylarında üstünlük verilən krop-toplara Cennifer Lopez qışda da müraciət edir. Krop-top seçim edərkən hündür bel və aşağı bel şalvarlardan istifadə edir.

Cey Lonun moda qanunları!İddialı qırmızı xalı geyimləri

Lopez qırmızı xalılarda dekolteli və üzərinə tam oturan libaslara üstünlük verir. “Look”unu minimal çanta və zinət əşyaları ilə tamamlayır.

Cey Lonun moda qanunları!