İspaniyanın Ali Məhkəməsi razılıq olmadan əlin öpülməsini seksual zorakılıq aktı kimi tanıyıb.

OLAY yazır ki, qərar 2023-cü il hadisəsi üzrə verilib. O zaman, Madriddə avtobus dayanacağında bir kişi naməlum bir qadının əlini iki dəfə öpüb və qadına onunla gəlməyi təklif edərək ödəniş vəd edib. Zərərçəkmiş qadın yerli məhkəməyə müraciət edib və məhkəmə onun tərəfini saxlayıb: təqsirləndirilən şəxs günahkar bilinib və 1 620 avro cərimələnib.

Hadisə geniş rezonans doğurub və ictimaiyyət üç il əvvəl baş vermiş oxşar bir hadisəni xatırlayıb. O zaman “İspaniya Futbol Federasiyası”nın prezidenti Luis Rubiales, qadın milli komandasını dünya çempionatında qələbə münasibətilə təbrik edərkən, razılığı olmadan futbolçu Cennifer Hermoso-nun dodağından öpüb.

Rubiales əvvəlcə pis niyyətinin olmadığını bildirsə də, sonradan ictimaiyyət qarşısında üzr istəyib və təzyiq altında vəzifəsindən ayrılmağa məcbur olub.

İspaniyada əlin öpülməsi seksual zorakılıq sayılacaq