Sabit Orucov haqda sənədli araşdırma – "Yüz İlin Sirləri"ndə

Sabit Orucov haqda sənədli araşdırma – "Yüz İlin Sirləri"ndə

SSRİ-nin ilk azərbaycanlı naziri, Rusiyanın əsas qaz yataqlarının kəşfiyyatçısı olan Sabit Orucovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli araşdırma "Yüz İlin Sirləri" verilişində efirə gedəcək.

OLAY yazır ki, layihədə Sabit Orucovun Mircəfər Bağırovun repressiyalarından necə xilas olduğu, təməlini qoyduğu Novıy Urenqoy şəhərində hava limanına onun adının niyə son anda verilmədiyi suallarına cavab axtarılır.

Proqramda Londonda yaşayan nəvəsi, qohumları və həmkarları şəxsi xatirələrini və bilinməyən detalları bölüşürlər.

Hüseyn Cavadzadənin təqdimatına baş tutacaq proqramın sponsoru Nizami Boutique House-dur