“Qəddar ana deyiləm. Çalışdım uşaqlarımla dost olum. Əgər övladım 2 alırsa, bunun üstündə onu nə danlayıram nə də ki döyürəm. Bu kimi şeylər mənlik deyil. Yoldan keçəndə kimsə dalaşanda halım pisləşir”.
OLAY yazır ki, bu sözləri müğənni Samirə ƏliMəryəm qonaq olduğu “Günə bax” verilişində deyib.
Övladları ilə dost olduğunu söyləyən sənətçi onlara heç nəyi əsirgəmədiyini bildirib:
“Uşaqlarımla yaxşı dost olmuşam. Özümə almamışam, amma onlara almışam. Çünki uşaqlıqda alacaqlarım çox idi, anamın isə imkanı yox idi. Oğlum deyə bilər ki, anam çox deyinir. Bu da normaldır: hara getdin, niyə gec gəldin. O da gəncdir, sevmir belə şeyləri. Qızımın 3 yaşından futbola meyli olduğunu gördüm. Sonradan bunum peşəkar sevgiyə çevrildiyinin şahidi oldum. Əvvəl istəmədim, o da dedi ki, arzularımı puç etmə. Onu peşəkar futbola yazdırdım. İndi çox xoşbəxtdir”.